2025-ci ildə Los-Anceles əyalətindəki meşə yanğınlarının nəticələrinə baxmayaraq, “Oskar” mükafatlarının təqdimat mərasimi ləğv olunmayacaq.
Daylinews-Az, The Hollywood Reporter jurnalına istinadən xəbər verir ki, bu barədə Amerika Kino Akademiyasının nümayəndələri məlumat yayıblar.
Jurnalın verdiyi məlumata görə, akademiyanın yüksək vəzifəli şəxsləri və məşhur ulduzlara yaxın mənbələr mərasimin ləğvi ilə bağlı yayılan məlumatları təkzib ediblər.
The Hollywood Reporter bildirib:
“Belə planların müzakirə olunmadığını və bu barədə heç bir məsləhət komissiyasının mövcud olmadığını dəqiq şəkildə təsdiq edə bilərik.”