5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSağlamlıq50 yaşdan yuxarı olanlar üçün faydalı qidalar

50 yaşdan yuxarı olanlar üçün faydalı qidalar

Yaş artdıqca bədəndəki dəyişikliklər beyinə də təsir göstərir. Yaddaş zəifləyir, düşünmə qabiliyyəti azalır, buna qidalanma da təsir edir. Sağlam qidalanma isə beyin fəaliyyətinin yaşla birlikdə zəifləməsinin qarşısını almağa kömək edir.

Daylinews-az.com xəbər verir ki, əgər 50 yaşdan yuxarıdəsinizsə, bu qidaları rasionunuza əlavə etmək faydalıdır:

Qoz beyin üçün ən faydalı qidalardan biridir. Onun tərkibindəki polifenollar və digər qida maddələri idrak sağlamlığını qorumaqda mühüm rol oynayır. Araşdırmalar göstərir ki, qozun sağlam pəhrizin bir hissəsi kimi qəbul edilməsi yaddaşı gücləndirir və beyin fəaliyyətini yaxşılaşdırır.

Brokkoli isə K vitamini ilə zəngindir. Bu vitamin beyin sağlamlığı ilə birbaşa əlaqədardır. 2020-ci ildə aparılan tədqiqatlar göstərir ki, K vitamini qəbul edən yaşlı insanların idrak funksiyaları daha yaxşıdır. Alzheimer Dərnəyinin apardığı araşdırma isə K vitamininin yaddaşı gücləndirdiyini təsdiqləyir.

Nar qış mövsümündə rasiona daxil edilməli olan ən əhəmiyyətli qidalardan biridir. Bu meyvənin tərkibindəki güclü antioksidantlar, xüsusilə polifenollar, beyinə qoruyucu təsir göstərir. Nar həmçinin beyinə qan axınını yaxşılaşdırır və idrak funksiyalarını gücləndirir.

Portağal isə yüksək C vitamini və flavonoid tərkibi ilə diqqət çəkir. Flavonoidlər beyindəki hüceyrə funksiyalarını bərpa edir və iltihabı azaldır. Həm portağal dilimləri, həm də portağal suyu beyin üçün faydalıdır.

Qızılbalıq omeqa-3 yağ turşuları ilə zəngindir. Bu yağlar yaddaşı və öyrənmə qabiliyyətini yaxşılaşdırır. Eyni zamanda qızılbalıq D vitamini ehtiva edir ki, bu da beyin sağlamlığı üçün vacibdir.

Yaşıl tərəvəzlər də gündəlik rasionda olmalıdır. İspanaq, turp, keşniş, nanə və şüyüd kimi yaşıl bitkilər yaddaş üçün faydalıdır və onları salatlarda və ya adi qaydada yemək məsləhət görülür.

Yumurta isə kolinlə zəngindir. Kolin beyində yaddaş və əhval-ruhiyyəni tənzimləyən maddələrdən biridir. Gündəlik kolin ehtiyacını ödəmək üçün yumurta yemək vacibdir, çünki bir yumurtada 169 milliqram kolin var.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər