Hazırda idmançılar 60 ölkə üzrə medallar qazanıblar. Azərbaycan isə İsveçrə ilə birlikdə 26-cı yeri bölüşür. Azərbaycan idmançıları bu vaxta qədər 3 medal (1 qızıl, 1 gümüş, 1 bürünc) əldə edib.
Ölkəmizin qüruru olan İmaməddin Xəlilov (K-44, 70 kq) parataekvondo üzrə çempion olub. Üzgüçümüz Raman Saleh (S12, 100 m arxasıüstə) gümüş medala layiq görülüb. Digər parataekvondoçumuz Sabir Zeynalov (K-44, 58 kq) isə bürünc medal qazanıb.
Oyunların medallar siyahısına Çin (27 qızıl, 22 gümüş, 8 bürünc) başçılıq edir. İkinci yerdə Böyük Britaniya (19 qızıl, 10 gümüş, 8 bürünc), üçüncü yerdə isə Braziliya (8 qızıl, 4 gümüş, 12 bürünc) qərarlaşıb.
Bu uğurlar, ölkəmizdə idmanın inkişafının və paralimpiya idmançılarımıza göstərilən dəstəyin nəticəsidir. Azərbaycan paralimpiya komandası, bu yarışlarda da öz gücünü sübut edib və ölkəmizi yüksək səviyyədə təmsil edir.