9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSağlamlıqKral III Çarlz Sağlamlıq Naminə Qida Vərdişlərini Dəyişib

Kral III Çarlz Sağlamlıq Naminə Qida Vərdişlərini Dəyişib

Kral III Çarlz, onkoloji xəstəliyi ilə mübarizə apardığı müddətdə qida rasionunda ciddi dəyişikliklər edib.

The Mirror-in verdiyi məlumata görə, kral artıq qırmızı ətdən imtina edib və gündəlik menyusuna avokado əlavə edib. Bu dəyişiklik barədə Kralın həyat yoldaşı Kamillanın oğlu Tom Parker Bowles danışıb: “Mən dietoloq deyiləm, amma bilirəm ki, düzgün qidalanma bədən üçün əsl ‘dərmandır’. O da hansı qidaların faydalı olduğunu yaxşı bilir.”

Çarlzın daha əvvəl də yemək vərdişlərinə diqqətlə yanaşdığı məlumdur. O, uzun illər ərzində ağır yeməklərdən, xüsusilə qırmızı ətdən uzaq durub, həftədə iki dəfə balıq yeyib və bəzən naharı tamamilə keçib. Bundan başqa, Kral ekoloji səbəblərə görə süd məhsullarını rasionundan çıxarıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər