ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüş hazırlıqlarının aparıldığını bəyan edib.
Tramp, Floridada jurnalistlər qarşısında çıxış edərək, belə bildirib:
“Prezident Putin görüşmək istəyir. Hazırlıqlarımız davam edir. O, bu barədə hətta ictimai şəkildə bəyan edib. Biz Ukrayna münaqişəsinə son qoymalıyıq.”
O, həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpinlə bağlı görüşlərə toxunaraq qeyd edib:
“Si Cinpinlə də bir çox müzakirələr aparılıb. Bir çox insanlarla görüşlər planlaşdırılır, bəziləri isə artıq baş tutub. Amma mən 20 yanvarı – andiçmə mərasimindən sonranı gözləməyi üstün tuturam.”
Jurnalistlərin Putin və Si Cinpinlə hansı formatda görüş planlaşdırıldığı sualına isə Tramp belə cavab verib:
“Bunu hələ dəqiqləşdirmək lazımdır.”
Bundan əvvəl Bundestaq deputatları prezidentlərin martda görüşəcəyini proqnozlaşdırmışdılar.