23 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvİqtisadiyyatBVF Türkiyənin BRİKS-ə qoşulma qərarını dəstəkləyir

BVF Türkiyənin BRİKS-ə qoşulma qərarını dəstəkləyir

Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyə hakimiyyətinin qoşulmaq üçün müraciət etdiyi BRİKS-in genişlənməsini dəstəkləyir. Bu barədə BVF-in rəsmi nümayəndəsi Culi Kozak müntəzəm brifinqdə məlumat verib.

Ondan Ankaranın BRİKS-ə qoşulmaq niyyətini şərh etməsi istənilib. “BRİKS və ya digər ölkələr qruplaşmaları ilə bağlı olaraq, biz beynəlxalq əməkdaşlığın genişləndirilməsini, eləcə də ölkələr qrupları arasında ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsini dəstəkləyirik. Bu, [qlobal] parçalanmanı azaltmağa və üzvləri arasında ticarət və investisiya xərclərini azaltmağa yönəldiyi təqdirdə təqdir edilməli və təşviq olunmalıdır. Belə təşəbbüslərə qoşulmaq qərarı hər bir BVF üzvü olan ölkənin suveren hüququdur”, – o vurğulayıb.

Daha əvvəl Kozak dəfələrlə bildirib ki, fond BRİKS-in genişlənməsini dəstəkləyir və bunun qlobal inteqrasiyanın üstünlüklərindən istifadə etmək üçün vacib olduğunu qeyd edib.

2 sentyabr tarixində Bloomberg agentliyi mənbələrə istinadən xəbər verib ki, Türkiyə hakimiyyəti bir neçə ay əvvəl BRİKS-ə qoşulmaq üçün müraciət edib. Agentliyin məlumatlarına görə, BRİKS-in genişlənməsi məsələsi 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək BRİKS sammitində müzakirə edilə bilər. Sammitə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəvət olunub.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik bildirib ki, Ərdoğan dəfələrlə BRİKS-ə qoşulmaq arzusunda olduğunu qeyd edib, lakin Türkiyənin təşkilata üzv olması ilə bağlı konkret qərarlar hələ ki, yoxdur. 4 sentyabrda isə Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov BRİKS-in Türkiyənin alyansa tamhüquqlu üzv olmaq üçün müraciətini nəzərdən keçirəcəyini bəyan edib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər