5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvXəbərABŞ-da Tesla ən təhlükəli avtomobil seçilib

ABŞ-da Tesla ən təhlükəli avtomobil seçilib

Tesla avtomobilləri ölümcül qəzaların siyahısında birinci yerdədir

ABŞ-ın Milli Avtomobil Yollarında Təhlükəsizlik İdarəsi (NHTSA) tərəfindən təqdim olunan son statistikaya görə, Tesla markalı elektrik avtomobilləri ABŞ-da ən çox ölümcül qəzaya səbəb olan nəqliyyat vasitələri arasında liderdir.

Motor.ru xəbər verir ki, araşdırma 2017-2022-ci illəri əhatə edib və yalnız sürücü və sərnişinlərin ölümü ilə nəticələnən qəzaları nəzərə alıb. ABŞ üzrə avtomobillərin ortalama ölümcül qəza göstəricisi hər 1 milyard kilometrə 2,8 hadisə təşkil edib. Lakin Tesla üçün bu rəqəm iki dəfə çox – hər 1 milyard kilometrə 5,6 hadisə olub.

Reytinqdə ikinci yeri Cənubi Koreya istehsalı Kia markası 5,5 qəza göstəricisi ilə, üçüncü yeri isə Buick markası 4,8 qəza göstəricisi ilə tutub.

Ölümcül qəzaların ən çox baş verdiyi modellər:

  • Hyundai Venue
  • Chevrolet Corvette
  • Mitsubishi Mirage
  • Porsche 911
  • Tesla Model Y
  • Honda CR-V Hybrid
  • Buick Encore GX
  • Kia Forte
  • Buick Envision

Analitiklər Tesla-nın yüksək qəza göstəricilərini bu avtomobillərin istismar xüsusiyyətləri ilə əlaqələndirirlər. Buraya aqressiv sürücülük üslubu və autopilot funksiyasından istifadə daxildir. Avtopilot, bəzən sürücülərdə yanlış təhlükəsizlik hissi yarada bilər. Bununla belə, Tesla modellərinin geniş populyarlığı qəzaların sayının yüksək görünməsinə təsir edə bilər.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər