Bu gün Avropa Liqasının qrupları ilə bağlı püşk mərasimi keçirildi.
daylinews-az.com xəbər verir ki, Azərbaycanı Avropa kuboklarında təmsil edən yeganə klub olan “Qarabağ”ın rəqibləri də bəlli oldu.
Mərasim Bakı vaxtı ilə 15:00-da başladı. Püşk nəticəsində 8 komanda müəyyənləşdi ki, bizim təmsilçimiz onlarla qarşılaşacaq.
İlk rəqiblər – “Tottenhem” (oyun İngiltərədə baş tutacaq), “Ajax” (oyun Bakıda keçiriləcək).
“Qarabağ” üçüncü səbətə düşmüşdü. Azərbaycan çempionu hər səbətdən iki komanda ilə qarşılaşacaq – biri evdə, digəri isə səfərdə.
Qeyd edək ki, Avropa Liqasının mərhələsi 25-26 sentyabrda başlayacaq.
1-ci səbət
- “Roma”
- “Mançester Yunayted”
- “Portu”
- “Ajax”
- “Reyncers”
- “Ayntraxt”
- “Latsio”
- “Tottenhem”
- “Slaviya”
2-ci səbət
- “Real Sosyedad”
- “Alkmaar”
- “Braqa”
- “Olimpiakos”
- “Lyon”
- PAOK
- “Fənərbaxça”
- “Makkabi” T-A
- “Ferençvaroş”
3-cü səbət
- “Qarabağ”
- “Qalatasaray”
- “Viktoriya” Pl
- “Bodo Glimt”
- “Union Sen-Zhilua”
- “Dinamo” K
- “Ludoqorets”
- “Midtyulland”
- “Malmö”
4-cü səbət
- “Atletik”
- “Hoffenheim”
- “Nitsa”
- “Anderlext”
- “Twente”
- “Beşiktaş”
- FCSB
- RFŞ
- “Elfsborg”