7 C
Baku
Bazar ertəsi, Yanvar 13, 2025
EvİdmanAzərbaycan 2025-ci ildə möhtəşəm idman tədbirlərinə hazırlaşır

Azərbaycan 2025-ci ildə möhtəşəm idman tədbirlərinə hazırlaşır

2025-ci il bir çox mühüm idman hadisələri ilə yadda qalacaq. Azərbaycanda III MDB Oyunları və digər böyük beynəlxalq yarışlar keçiriləcək.

2025-ci il Azərbaycan üçün zəngin idman təqvimi vəd edir. Bu il, III MDB Oyunları kimi böyük tədbirlərin keçirilməsi ilə tarixə düşəcək. Yarışlar oktyabr ayında Azərbaycanın 14 şəhərində baş tutacaq, əsas ev sahibliyini isə Gəncə edəcək. Hazırda Gəncədə müasir idman infrastrukturu yenilənir, o cümlədən yeni futbol stadionu inşa edilir.

Əsas tədbirlərdən biri – MDB Oyunları Gəncədə keçiriləcək MDB Oyunları üçün təxminən 7,000 idmançının iştirak edəcəyi gözlənilir. Bu, Azərbaycanın ev sahibliyi etdiyi əvvəlki beynəlxalq tədbirlərdən daha çox iştirakçının cəlb olunacağı deməkdir. MDB Oyunları, Avropa Oyunları (2015), İslam Həmrəyliyi Oyunları (2017) və 2019-cu ildə keçirilən Avropa Gənclər Olimpiya Festivalından sonra ölkəmizin ev sahibliyi edəcəyi dördüncü böyük beynəlxalq tədbir olacaq.

Formula 1 və digər ənənəvi yarışlar Sentyabr ayında 9-cu dəfə Bakı Formula 1 Qran-prisinə ev sahibliyi edəcək. Ötən il “Maklaren” komandasının pilotu Oskar Piastri bu yarışda qalib gəldi və bu il də maraqlı mübarizə gözlənilir.

2025-ci ildə ölkədə yeni idman növlərinə də diqqət ayrılacaq. İlk dəfə olaraq Bakı armrestlinq üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bundan başqa, sentyabrda fiqurlu konkisürmə üzrə gənclər Qran-prisi keçiriləcək. Fevral ayında isə qarışıq cütlüklər arasında Avropa badminton çempionatı baş tutacaq.

İdmanın inkişafı üçün yeni imkanlar Azad edilmiş torpaqlarda idman tədbirlərinin sayı artır. Bu il Xankəndi və Ağdam kimi bölgələrdə beynəlxalq səviyyəli yarışların keçirilməsi planlaşdırılır. Xankəndidə yeni stadionun inşası futbolun inkişafına təkan verəcək.

Milli komandaların qarşıda duran vəzifələri Azərbaycan futbol millisi 2026-cı il Dünya Çempionatı seçmə mərhələsinə hazırlaşır. Komanda sentyabr ayında başlayacaq oyunlar üçün əvvəlcə dostluq matçları keçirəcək. AFFA tərəfindən yeni strategiyanın təqdimatı gözlənilir ki, bu da Azərbaycanın futbol sahəsində inkişafına yeni istiqamət verə bilər.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər