9 C
Baku
Bazar, Dekabr 22, 2024
EvİqtisadiyyatAzərbaycan Avropaya Neft İxracını Artırıb

Azərbaycan Avropaya Neft İxracını Artırıb

2024-cü ildə ÇexiyaXorvatiya Azərbaycanın ən böyük neft alıcıları sırasına daxil olub. Bu barədə Daylinews-az yerli mətbuata istinadən məlumat yayıb.

  • Çexiya Azərbaycandan 1,583 milyon ton xam neft alıb, bu isə 977,55 milyon dollar dəyərində olub.
  • Xorvatiya isə 1,436 milyon ton xam neft alaraq 873,4 milyon dollar ödəyib.

Hesabat dövründə bu iki ölkə Azərbaycanın ən böyük ikinci və üçüncü neft alıcısı olub.

2023-cü ildə Azərbaycan, Xorvatiyanın xam neft tələbatının 85%-ni təmin edib. Çexiya isə ümumi 7,323 milyon ton neft idxalından 4,223 milyon tonunu Rusiyadan, 1,965 milyon tonunu isə Azərbaycandan alıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycan 21,556 milyon ton xam neft ixrac edib. Bu ixrac ölkəyə 13,304 milyard dollar gəlir gətirib və ümumi ixracın 54,67%-ni təşkil edib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər