7 C
Baku
Bazar ertəsi, Yanvar 13, 2025
EvCəmiyyətAzərbaycan beş xarici şirkətdən quş əti məhsullarının idxalını məhdudlaşdırdı

Azərbaycan beş xarici şirkətdən quş əti məhsullarının idxalını məhdudlaşdırdı

Azərbaycan quş əti məhsulları istehsal edən beş xarici şirkətdən məhsul idxalını məhdudlaşdırdı.

Daylinews-Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qida Təhlükəsizliyi İnstitutunda aparılan laboratoriya tədqiqatları nəticəsində Belarusun “Qorodok Quşçuluq Fabriki”, Rusiyanın “İndyuşkin Dvor” və “Nevinnomısskiy Ət Kombinatı”, Ukraynanın “Hubin Quşçuluq Kompleksi” və Gürcüstanın Chirina LTD şirkətlərinin məhsullarında “salmonella” bakteriyası aşkarlanıb.

Qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb və ixracatçı ölkələrin səlahiyyətli orqanlarına idxalın dayandırılması barədə bildiriş göndərilib. Həmçinin, həmin qurumlardan görülən tədbirlər barədə məlumatların AQTA-ya təqdim olunması tələb edilib.

Bundan əlavə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Portuqaliyanın Lissabon dairəsində, Filippinin Şimal Kamariyes əyalətində və ABŞ-ın Missuri, Alabama, Kanzas və Viskonsin ştatlarında yüksək patogen quş qripi qeydə alınıb.

Azərbaycan ərazisinin bu infeksiyalardan qorunması üçün WOAH-ın “Yerüstü Heyvanların Sağlamlıq Kodeksi”nə əsasən, bu bölgələrdən quşların, quş əti və məhsullarının idxalı və tranzit daşınması müvəqqəti məhdudlaşdırılıb.

Nəqliyyat vasitələrinə nəzarətin gücləndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə uyğun tədbirlər görmək tapşırılıb.

Bu gün biz də yazmışdıq ki, Bakıda şəxsi gigiyena vasitələri bahalaşıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər