Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 92 milyard 829,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artım deməkdir.
Daylinews-az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri-neft-qaz sektorunda isə 7,1 faiz artım müşahidə olunub.
ÜDM-in əsas hissəsi sənaye (37,1 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri (9,6 faiz), nəqliyyat və anbar təsərrüfatı (7 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (6,4 faiz), tikinti (6,3 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə (2,4 faiz), informasiya və rabitə sahələri (1,8 faiz) və digər sahələrin (19,2 faiz) payına düşüb. ÜDM-in 10,2 faizi məhsul və idxala xalis vergilərdən ibarətdir.
Əhalinin hər nəfərinə düşən ÜDM isə 9102,9 manat təşkil edib.