23 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvSiyasətAzərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Miriam Spiteri Debononu Müstəqillik günü...

Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Miriam Spiteri Debononu Müstəqillik günü münasibətilə təbrik edib.

“Daylinews-az.com” xəbər verir ki, İlham Əliyev təbrik məktubunda Malta Respublikasının müstəqilliyinin 60 illik yubileyi münasibətilə xanım Prezidentə və Malta xalqına ürəkdən təbriklərini çatdırıb. O, məktubda bu cür fikirləri qeyd edib:

“Hörmətli xanım Prezident,

Malta Respublikasının müstəqillik gününün 60-cı ildönümü münasibətilə Sizi və bütün Malta xalqını səmimi qəlbdən təbrik edirəm və ən xoş arzularımı bildirirəm.

Azərbaycan və Malta arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı üçün əlverişli zəmin mövcuddur. Gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyini qeyd edəcəyik və inanırıq ki, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımız xalqlarımızın mənafeyinə uyğun olaraq genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə cansağlığı, uğurlar, həmçinin xalqınıza rifah və firavanlıq arzulayıram.”

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər