9 C
Baku
Cümə, Yanvar 3, 2025
EvSiyasətAzərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Belqrad şəhərində Azərbaycanın və Serbiyanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu baş tutub.

Daylinews-az.com-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya nümayəndə heyətinə isə Serbiyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə mövcud əməkdaşlıq vəziyyəti və perspektivləri müzakirə olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı, Azərbaycanın həyata keçirdiyi strateji enerji və nəqliyyat layihələri müzakirə predmeti olub.

Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) iki ölkə arasındakı strateji əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanlar yaradacağı qeyd edilib. Görüşdə həmçinin parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu istiqamətdə qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin vacibliyi bildirilib.

Bundan əlavə, Azərbaycanın postmünaqişə dövründə bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdəki mina problemi və bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı regional və beynəlxalq məsələlər də müzakirə olunub. Fariz Rzayev, həmçinin Serbiyanın digər rəsmi şəxsləri ilə görüşlər keçirib və tədqiqatçılarla dəyirmi masa müzakirələrində iştirak edib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər