Azərbaycan ərazisində 2024-cü ilin əvvəlindən bu günə qədər 3 və daha yüksək maqnitudalı 53 zəlzələ qeydə alınıb.
Bu barədə məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Qeyd olunan təbii hadisələrdən 45-i 3 və daha yüksək, 5-i 4 və daha yüksək, 3-ü isə 5 və daha yüksək maqnitudalı olub.
Zəlzələlər ölkənin müxtəlif bölgələrində, o cümlədən Xəzər dənizi, Şamaxı, Saatlı-Sabirabad, Ağdaş, Goranboy, İmişli, Lənkəran, Tovuz, Hacıqabul, Lerik, Quba, Göygöl, Biləsuvar, Cəlilabad, Kəlbəcər, Laçın və Mingəçevirdə qeydə alınıb.