9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvCəmiyyətAzərbaycanda 2025-ci il üçün qeyri-iş günləri elan edildi

Azərbaycanda 2025-ci il üçün qeyri-iş günləri elan edildi

Daylinews-az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimini təsdiqləyib.

Nazirliyin məlumatına görə, 2025-ci ildə qeyri-iş günləri aşağıdakılardır:

  • 1, 2 yanvar – Yeni il;
  • 20 yanvar – Ümumxalq Hüzn Günü;
  • 8 mart – Beynəlxalq Qadınlar Günü;
  • 20, 21, 22, 23, 24 mart – Novruz Bayramı;
  • 30, 31 mart – Ramazan Bayramı;
  • 9 may – Faşizm üzərində Qələbə Günü;
  • 28 may – Müstəqillik Günü;
  • 6, 7 iyun – Qurban Bayramı;
  • 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;
  • 26 iyun – Silahlı Qüvvələr Günü;
  • 8 noyabr – Zəfər Günü;
  • 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
  • 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü.

İş həftəsinin rejimi nəzərə alınaraq qeyri-iş günləri:

  • 5 günlük iş rejimi: 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9 və 16 iyun, 10 və 11 noyabr;
  • 6 günlük iş rejimi: 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr.
qeyri-iş günləri

Bildirilib ki, fevral ayı 28 gün, 2025-ci il isə 365 gün təşkil edəcək. Beşgünlük iş həftəsi olan müəssisələrdə 239 iş günü, 105 həftə sonu, 19 bayram günü, 1 bələdiyyə seçki günü və 1 ümumxalq hüzn günü olacaq.

Qeyd edək ki, təsdiqlənmiş iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında “İstehsalat təqvimləri” bölməsində yerləşdirilib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər