Azərbaycanın 2050-ci ilə qədər “xalis sıfır emissiya” hədəfinə çatması üçün 40 meqavat/saatdan çox günəş və külək enerjisi tələb olunur. Daylinews-az xəbər verir ki, bu barədə energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov oktyabrın 31-də Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda məlumat verib.
Elnur Soltanov qeyd edib ki, bu göstərici, Azərbaycanda mövcud enerji potensialının beş qatına bərabərdir. O, həmçinin vurğulayıb ki, 2050-ci ilə qədər Azərbaycanın elektrik enerjisi istehlakının 3 dəfə artaraq 89 teravat/saata çatması gözlənilir. Bu səbəbdən ölkənin enerji təhlükəsizliyini təmin etmək və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün böyük həcmdə bərpa olunan enerji mənbələrinin istifadəsi vacibdir.