Son aylarda Azərbaycanda kartofun qiymətində artım müşahidə olunur.
Daylinews-Azın ATV telekanalına istinadən verdiyi məlumata görə, bahalaşma həm bazarlarda, həm də mağazalarda nəzərə çarpır. Əvvəllər 1 kiloqram kartof 1 manat 30 qəpikə satılırdısa, hazırda bu qiymət 1 manat 79 qəpik təşkil edir.
Mütəxəssislər bildirirlər ki, Azərbaycan adətən özünü kartofla tam təmin edir. Lakin bu il, digər kənd təsərrüfatı məhsullarında olduğu kimi, kartofun məhsuldarlığı da aşağı olub.
Nəticədə, əvvəlki illərlə müqayisədə bazarda bu məhsulun qıtlığı daha çox hiss olunur.
Bu yaxınlarda Bakı bazarlarında qiymətlər – məhsullarda baş verən dəyişikliklərdən də yazmışdıq.