23 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvCəmiyyətAzərbaycanda məşhur universitet bağlandı

Azərbaycanda məşhur universitet bağlandı

“Naxçıvan Universiteti” MMC (VÖEN – 0200122341) ləğv olunduğunu elan edib.

Sonxeber.az yeniavaz.com-a istinadən xəbər verir ki, ləğvetmə elanında kreditorlara öz tələblərini Naxçıvan şəhəri, Babək qəsəbəsindəki ünvana təqdim etmələri təklif olunur.

Qeyd edək ki, “Naxçıvan Universiteti” MMC 2 iyul 1999-cu il tarixində dövlət qeydiyyatına alınmışdı. Universitetin qanuni nümayəndəsi, nizamnamə kapitalı 500 manat olan bu təhsil müəssisəsinin qanuni nümayəndəsi Kazımov Anar Altay oğludur.

Məlumat üçün bildiririk ki, “Naxçıvan” Universitetinin təsisçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbov idi. Ötən ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişdirildi və universitetə yeni rektor təyin olundu.

Bu hadisə Naxçıvanın təhsil sahəsində ciddi dəyişikliklərə səbəb oldu və bu universitetin bağlanması bölgədə təhsilin inkişafına təsir edə biləcək bir addım kimi qiymətləndirilir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər