Yeni ilin ilk körpəsi Azərbaycanda TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində dünyaya gəldi.
TƏBİB-dən verilən məlumata görə, saat 00:01-də dünyaya gələn oğlan uşağının boyu 50 sm, çəkisi isə 3.9 kq-dır.
“Ananın və yeni doğulmuş körpənin vəziyyəti hazırda stabildir”, – deyə TƏBİB məlumat verib.