24 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvİdmanAzərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub.

Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub.

Estoniyanın Tallin şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir. Daylinews-az.com-ın verdiyi xəbərə görə, Azərbaycan millisi yarışın ikinci günündə daha bir qızıl medal əldə edib.

Süleyman Şükürov (81 kq) finalda Gürcüstan təmsilçisi Aleksandre Loladze ilə qarşılaşıb və rəqibinə qalib gələrək çempion adını qazanıb. Bu qələbə ilə Şükürov, millimizin Avropa çempionatında qazandığı ikinci qızıl medal sahibi olub.

Bu gün, həmçinin, Vüsal Qələndərzadə (73 kq) də qızıl medal qazanaraq fəxri kürsünün zirvəsinə qalxıb. O, finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) də qızıl medal qazanmışdılar. Nizami İmranov (60 kq) isə gümüş mükafatla kifayətlənib. Çempionatın yarışları sentyabrın 8-də başa çatacaq.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər