Bakı şəhərində fəaliyyət göstərən məktəblərdə müəllimlərin orta aylıq əmək haqqısının 1 000 manata yaxın olduğu məlum olub.
Daylinews-az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin verdiyi məlumata əsasən, 2024-cü ildə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqısı 993 manat təşkil edib. Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqısı isə 527 manat səviyyəsindədir.