9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvCəmiyyətBakı Taksiləri Nağdsız Ödəniş Sisteminə Keçir

Bakı Taksiləri Nağdsız Ödəniş Sisteminə Keçir

Bakı Taksi Xidməti və Azərpoçt MMC-nin birgə təşəbbüsü ilə sərnişinlər üçün ödəniş imkanları daha da rahatlaşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına əsasən, Bakı Taksi Xidməti avtomobillərində Azərpoçt tərəfindən təmin edilən POS-terminallar quraşdırılıb. Bu cihazlar yerli sakinlərə, xarici qonaqlara və turistlərə taksi xidmətlərini nağdsız şəkildə ödəmə imkanı təqdim edir ki, bu da taksi istifadəsini daha rahat və əlçatan edir.

Şirkətin məlumatına görə, terminalların tətbiqi artıq ciddi nəticələr verib. Qısa müddət ərzində 4 178 əməliyyat həyata keçirilib və ümumi dövriyyə 146 min manat təşkil edib. Bu təşəbbüs ölkədə nəqliyyat xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər