Bakının kəndlərində tanınmış müğənni və aparıcı Rəsmiyyə Bakılı dünyasını dəyişib.
Ölüm səbəbi ilə bağlı müxtəlif iddialar
Sosial şəbəkələrdə yayılan məlumata görə, Rəsmiyyə Bakılı ölümündən əvvəl Məmədli qəsəbəsində yerləşən modul tipli xəstəxanaya müraciət edib və orada yeni yayılmış virusdan dünyasını dəyişib.
Lakin TƏBİB-dən Daylinews-az-a verilən məlumata əsasən, müğənninin ölümünə səbəb ağciyər arteriyasının tromboemboliyası olub.
Rəsmi açıqlama
TƏBİB-in açıqlamasında qeyd olunur:
“11 yanvar tarixində saat 03:00 radələrində Sabunçu Tibb Mərkəzinə tabe olan Məmədli modul tipli xəstəxanasının reanimasiya şöbəsinə 1965-ci il təvəllüdlü qadın kritik vəziyyətdə gətirilib. İki tərəfli viruslu sətəlcəm, ürəyin işemik xəstəliyi, şəkərli diabet və çoxsaylı ağırlaşmalar diaqnozu olan xəstəyə zəruri tibbi yardımlar göstərilib. Lakin həyata keçirilən reanimasiya tədbirlərinə baxmayaraq, 11 yanvar saat 05:00 radələrində xəstənin bioloji ölümü qeydə alınıb. Ölümün əsas səbəbi olaraq ağciyər arteriyasının tromboemboliyası göstərilib.”
Tanınmış tədbir təşkilatçısı
Rəsmiyyə Bakılı Bakının kəndlərində xına mərasimlərinin və qadın toylarının təşkilatçısı kimi məşhur idi.