Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində su təchizatı müvəqqəti olaraq dayandırılıb.
Daylinews-Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Böyük Şəhərlərin Su Təchizatı Birgə Xidmətindən məlumat verilib.
Məlumata görə, su təchizatının dayandırılmasının səbəbi su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı aparılan təmir işləridir.
Su təchizatı saat 19:00-dan sonra əvvəlki rejimdə bərpa olunacaq.
Əvvəllər də yazmışdıq ki, Azərbaycanda telefondan istifadənin qadağan olunduğu məktəblərin sayı artır.