Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Pirşağı – Novxanı – Xırdalan – M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Bakının Kürdəxanı qəsəbəsində yeni yol qovşağı inşa edir. Bu barədə Daylinews-Az agentliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yeni yol qovşağının uzunluğu 1,8 km təşkil edəcək. Hazırda ərazidə tikinti işləri davam edir və svetoforların quraşdırılması həyata keçirilir.
Bu yeni yol qovşağı Bakının Bilgəh, Kürdəxanı, Pirşağı, Novxanı və Balaxanı qəsəbələrinə nəqliyyat hərəkətini asanlaşdıracaq, həmçinin bu ərazidə nəqliyyatın təhlükəsizliyini və fasiləsizliyini təmin edəcək.