5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSiyasətBəşər Əsəd Ailəsi ilə Birlikdə Moskvaya Uçdu

Bəşər Əsəd Ailəsi ilə Birlikdə Moskvaya Uçdu

Suriya lideri Bəşər Əsəd, ailəsi ilə birlikdə 8 dekabr tarixində Moskvaya gəlib. Bu barədə TASS agentliyi Kremlə istinadən məlumat yayıb.

Bildirilir ki, Rusiya “humanitar səbəblərə əsaslanaraq” Əsəd ailəsinə sığınacaq verib.

ReutersFlightradar resurslarının məlumatına görə, Əsədin ölkədən qaçarkən baş verən aviaqəza zamanı həyatını itirmiş ola biləcəyi iddia olunurdu.


Əsəd rejiminin süqutu ilə bağlı məlum olanlar:

  • 27 noyabr tarixində Əsəd rejiminə məxsus qüvvələrlə müxalif silahlı qruplar arasında Suriya şimalındakı Hələb əyalətində döyüşlər başlayıb.
  • Müxaliflərin hücumları sürətlə irəliləyib, şəhərlər bir-birinin ardınca ələ keçirilib.
  • 8 dekabr səhəri müxalif qüvvələr Dəməşqə döyüşsüz daxil olub.

Reuters agentliyi iki yüksək rütbəli Suriya zabitinə istinadən Əsədin Dəməşqi tərk edərək naməlum istiqamətə getdiyini bildirib.

Rusiya isə Əsədin “danışıqlardan sonra ölkəni tərk edərək hakimiyyəti dinc yolla təhvil verməyə razılaşdığını” bəyan edib.

Suriya baş naziri Məhəmməd əl-Cəlali bildirib ki, o, xalqın seçəcəyi istənilən rəhbərliklə əməkdaşlıq etməyə hazırdır və müxalifət nümayəndələrinin də daxil ola biləcəyi keçid hökuməti çərçivəsində səlahiyyətləri təhvil vermək niyyətindədir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər