23 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvİdmanBirinci vitse-prezident Mehriban Əliyeva Orxan Aslanovu təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Orxan Aslanovu təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovla bağlı təbrik mesajı paylaşıb.

Daylinews-az.com-in verdiyi məlumata görə, Mehriban Əliyeva öz paylaşımında Azərbaycan paralimpiyaçılarına minnətdarlığını bildirib:

“Uzunluğa tullanma yarışında mübarizə apararaq qızıl medal qazanan Orxan Aslanovu ürəkdən təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edən və medal qazandıran bütün idmançılarımıza dərin minnətdarlığımı bildirirəm! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”

Mehriban Əliyeva həmçinin, idmançılarımızın qazandığı uğurların ölkəmizin idman sahəsindəki inkişafını əks etdirdiyini vurğulayıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər