14 C
Baku
Cümə, Noyabr 8, 2024
Evİqtisadiyyat"Biz COP29-dan doğru faydalanmalıyıq" - Ceyhun Aşurov

“Biz COP29-dan doğru faydalanmalıyıq” – Ceyhun Aşurov

Ceyhun Aşurov

Turizm, Azərbaycanın beynəlxalq səviyyədə tanınması və ölkə iqtisadiyyatının inkişafı üçün mühüm sahələrdən biridir. Bakıda keçiriləcək COP29 tədbiri turizm sektoruna əhəmiyyətli təsir göstərəcək. Beynəlxalq səviyyəli tədbirlər, adətən, sabit, təhlükəsiz və müasir infrastruktura malik ölkələrdə baş tutur və turizmin inkişafı üçün əsas meyarlar da bunlardır.

Daylinews-az.com-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov COP29-un Azərbaycan üçün tarixi əhəmiyyətə malik olduğunu bildirib: “Bu tədbir Azərbaycan tarixində ən irimiqyaslı tədbirlərdən biridir. Təxminən 80 min əcnəbi turistin ölkəyə gəlməsi gözlənilir və bununla bağlı ciddi hazırlıq işləri aparılır.”

Aşurov qeyd edib ki, COP29 yalnız “mayıs turizmi” deyil, eyni zamanda digər turizm növlərinə də təsir göstərəcək: “Tədbirə gələn qonaqlar, konqres və ya biznes məqsədli səfər etmələrinə baxmayaraq, digər turizm məhsullarından da yararlanacaqlar. Qonaqlar Azərbaycan mətbəxi ilə tanış olacaq, şəhəri gəzib tarixi abidələrimizi görəcək, bu da ölkənin turizm sektorunun müxtəlif sahələrinin inkişafına təkan verəcək.”

Turizm neftdən sonra Azərbaycana ən çox xarici valyuta gətirən sahədir və dövlət tərəfindən iqtisadiyyatın prioritet sahəsi kimi dəyərləndirilir. Aşurov vurğulayıb ki, COP29-un ölkəyə fayda gətirməsi üçün mədəniyyətimizi, incəsənətimizi və tarixi həqiqətlərimizi düzgün şəkildə təqdim etməyi bacarmalıyıq. “Bu tədbir ölkəmizin imicinin möhkəmlənməsinə və gələcəkdə turistlərin daha çox cəlb edilməsinə imkan yaradacaq.”

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər