9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSiyasətBraziliya prezidenti Bakıya da gələ bilməyəcək

Braziliya prezidenti Bakıya da gələ bilməyəcək

Braziliya Prezidenti Lula da Silva noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak edə bilməyəcək.

Daylinews-az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Braziliya liderinin ofisi tərəfindən yayımlanıb. Məlumatda bildirilir ki, Prezident Lula da Silvanın sammitdə iştirak etməməsinə səbəb onun yaxın vaxtlarda başının arxasından aldığı zədədir.

Həkimlərin tövsiyəsinə əsasən, Lula da Silva həm hazırda Kolumbiyada keçirilən BMT-nin COP16 sammitinə, həm də gələn ay Bakıda baş tutacaq COP29 iqlim sammitinə qatılmayacaq. Onun vəziyyətinin sabit olduğu bildirilib.

Xatırladaq ki, 78 yaşlı Braziliya lideri ötən həftə iqamətgahında hamam otağında yıxılaraq boynundan zədə alıb. Həkimlər zədədən sonra onun boynuna üç tikiş qoyub və ambulator müalicə üçün evə buraxıblar. Bu zədə səbəbindən Lula da Silva oktyabrın 21-dən 24-nə qədər Kazanda keçirilən BRICS sammitinə də qatıla bilməmişdi.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər