Suriya prezidenti Bəşər Əsədin hazırda Dəməşqdə olmadığı bildirilir. CNN öz mənbələrinə istinadən xəbər verir ki, Əsədin idarə heyətinin açıqlamasına baxmayaraq, onun şəhərdə heç bir yerdə olmadığı iddia olunur.
Mənbəyə görə, prezidentin adətən müşayiət etdiyi mühafizə heyəti də şəhərdə görünmür. Bu səbəbdən Əsədin ölkəni tərk etdiyi ilə bağlı fərziyyələr yayılıb.
“Üsyançı qüvvələr Əsədin yerini müəyyənləşdirmək üçün hələ də dəqiq məlumat əldə edə bilməyib və onu tapmaq cəhdlərini davam etdirir,” — deyə mənbə əlavə edib.