Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, COP29 tədbirinin uğurlu təşkilində iştirak edən hər bir könüllü təşəkkür məktubu və maddi mükafatla təltif edilib.
Daylinews-Az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində işçi qüvvəsi və könüllülərlə iş komandasının yaydığı məlumatda bildirilir.
Məlumata görə, 8-14 yanvar tarixlərində COP29 təşəkkür məktubu alan könüllülər, şəxsiyyət vəsiqəsini təqdim etməklə, Kapital Bankın istənilən filialından mükafatlarını əldə edə bilərlər. Qeyd edək ki, xüsusi maddi mükafatın məbləği 1,500 manat təşkil edir.