Tanınmış aktyor Cüd Lou, Olivye Assayasın çəkəcəyi “Kreml Sehrbazı” adlı siyasi trillerində Vladimir Putin rolunda çıxış edəcək. Film, Culyano da Empolinin eyniadlı bestsellerinə əsaslanır.
Daylinews-Az xəbər verir ki, əsərin hadisələri 1990-cı illərin əvvəllərində Rusiyada baş verir. Əsas qəhrəman, gənc televiziya prodüseri Vadim Baranov, gözlənilmədən FSB agenti Putin üçün siyasi texnoloq olur.
Kitabda, Baranovun obrazının Vladislav Surkovdan ilhamlandığı bildirilir. Bununla yanaşı, Putinin ətrafındakı Evgeni Priqojin kimi real şəxslər də əsərdə təsvir olunur.
Cüd Lou ilə birlikdə filmdə Pol Dano (“Neft”), Alisiya Vikander (“Maşından Çıxan”), Zak Qalifianakis (“Vegasda Bekarlıq”) və Tom Sterric (“Rock-n-Roll Gəmisi”) kimi aktyorlar iştirak edəcək. Rejissor Olivye Assayas, “Zamandan Kənar”, “Fərdi Alış-verişçi”, “İrma Vep” və “İkiqat Həyat” kimi filmləri ilə tanınır.