ABŞ-ın seçilmiş prezidenti Donald Tramp, Kanadanın ABŞ-ın 51-ci ştatı olması təklifini irəli sürüb. Onun sözlərinə görə, bu addım Kanadalılara vergilər və hərbi xərclər sahəsində əhəmiyyətli qənaət imkanı yaradardı.
Bu barədə Tramp öz Truth Social sosial şəbəkəsində bildirib.
O, həmçinin vurğulayıb ki, hələ heç kim izah edə bilmir, nə üçün Ağ Ev hər il Ottavaya 100 milyon dollardan çox subsidiya ayırır. Tramp bu vəziyyəti məntiqsiz adlandırıb.
Donald Trampın sözlərinə görə:
- “Bir çox kanadalı ABŞ-a qoşulmaq ideyasını dəstəkləyir, çünki bu, onların vergi yükünü və müdafiə xərclərini azaldar. Bu, onlara vergilər və hərbi müdafiə sahəsində əhəmiyyətli qənaət etməyə imkan verərdi. Məncə, bu əla ideyadır. 51-ci ştat!” – deyə o əlavə edib.