14 C
Baku
Cümə, Noyabr 8, 2024
EvSiyasətDünya Bankının nümayəndəsi: Bakıda keçiriləcək COP29 əlverişli beynəlxalq platforma ola bilər

Dünya Bankının nümayəndəsi: Bakıda keçiriləcək COP29 əlverişli beynəlxalq platforma ola bilər

İqlim dəyişikliyinin yaratdığı risklərə qarşı mübarizə aparmaq üçün bu problemləri yetərincə qiymətləndirmək olduqca vacibdir. Daylinews-az xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnsan İnkişafı Proqramının rəhbəri Ahmet Levent Yener deyib.

O, ümidvar olduğunu bildirib ki, Bakıda keçiriləcək COP29 konfransı iqlim dəyişikliyi ilə mübarizədə atmosferin çirkləndirilməsi üzrə risklərin müzakirəsi və həlli üçün effektiv beynəlxalq platforma olacaq.

Yener vurğulayıb ki, BMT-yə üzv olan dövlətlər iqlim dəyişikliyi risklərinin qiymətləndirilməsi mexanizmlərini mümkün qədər tez bir zamanda hazırlamalıdırlar: “Riskləri doğru qiymətləndirmədən, iqlim dəyişikliyi ilə səmərəli mübarizə aparmaq mümkün olmayacaq. Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə mübarizə yollarını tapmaq üçün nüfuzlu platforma ola bilər və bu prosesdə insan inkişafının rolu da önəmlidir.”

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər