Qəhvə içmək mümkün olmadıqda, onun yerinə enerji və güc verən digər faydalı içkilərdən istifadə edə bilərsiniz. Bu alternativlər həm bədəni oyadır, həm də sağlamlıq üçün çox faydalıdır.
1. Çikori
Çikori kökü qəhvə dənələri kimi qovrulur, üyüdülür və içki hazırlanır. Dadı qəhvəni xatırlatsa da, tərkibində kofein yoxdur. Buna baxmayaraq, o da bədəni oyandırır və enerji verir. Çikori həzm sistemini dəstəkləyir, ödqovucu təsirə malikdir və bağırsaqda faydalı mikrofloranın inkişafına kömək edir. Ancaq bu içkini hamilə qadınlara və ana südü ilə qidalandıran analara içmək tövsiyə edilmir.
2. Maça Çayı
Maça yaşıl çayın bir növüdür və səhər qəhvəsini əvəz etmək üçün ideal seçimdir. Bu çay yaşıl yarpaqların toz halına gətirilməsi ilə hazırlanır və tərkibində kifayət qədər kofein var. Maça təravətləndirici dada malikdir, antioksidantlarla zəngindir və bədəni uzun müddət enerji ilə təmin edir. Elmi araşdırmalar göstərir ki, maça çayı yüksək qan təzyiqini azaltmağa və 2-ci tip şəkərli diabetin inkişaf riskini minimuma endirməyə kömək edir.
3. Kombuça
Bu içki qara çayın şəkər, maya və faydalı bakteriyaların fermentasiyası ilə hazırlanır. Kombuça, “çay göbələyi” kimi tanınan ev içkisini xatırladır və bədəni oyandırıcı xüsusiyyətlərə malikdir. Bu içki ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, immuniteti gücləndirir və “pis” xolesterini azaltmağa kömək edir. Lakin mədə turşuluğu və həzm problemləri olanlara kombuça içmək məsləhət görülmür.