Cari ilin avqust ayında Azərbaycanda “Eurovision-2025” beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək ifaçı və mahnının seçilməsi üçün milli seçim turuna start verilib. Müsabiqə gələn ilin may ayında İsveçrədə keçiriləcək.
Milli seçim turunun müraciət qəbulu mərhələsi 15 avqust tarixində yekunlaşıb. Bu barədə @ictimaieurovision mənbəsinə istinadən 1news.az məlumat yayıb.
“Eurovision-2025” – sayca 69-cu Eurovision mahnı müsabiqəsi, 2024-cü ildə Malmödə keçirilən yarışmada Nemo və “The Code” mahnısının qələbəsi sayəsində İsveçrənin Bazel şəhərində baş tutacaq.
İsveçrə üçüncü dəfədir ki, Eurovision müsabiqəsinə ev sahibliyi edəcək. Ölkə 1988-ci ildə Seline Dionun qələbəsindən sonra tam 36 il gözləməli oldu ki, bu böyük uğuru yenidən təkrarlasın.