Fransanın şimalında yerləşən Dunkerk kommunasında baş verən atışma nəticəsində dörd nəfər, o cümlədən iki təhlükəsizlik xidməti əməkdaşı həyatını itirib.
Daylinews-az-ın BFMTV-yə istinadən verdiyi xəbərə görə, atışma zamanı iki miqrant və ərazidə patrul xidməti aparan iki təhlükəsizlik əməkdaşı həlak olub.
Məlumata əsasən, şübhəli şəxs könüllü şəkildə jandarm idarəsinə gedərək təslim olub. O, daha əvvəl 14 dekabrda həmin kommunada tapılmış başqa bir şəxsin ölümündə də şübhəli bilinir.
Atışmanın səbəbləri hələ açıqlanmayıb. Hadisənin təfərrüatları araşdırılır.