Azərbaycanda oktyabrın 26-27-də güclü küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
“Daylinews-az.com”un məlumatına görə, Milli Hidrometeorologiya Xidməti bu barədə xəbərdarlıq yayıb.
Ağdam, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Hacıqabul, Ağstafa, Şəmkir, Gəncə, Samux, Tovuz, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Salyan, Siyəzən, Xaçmaz, Xızı, Şabran, Tərtər, Bərdə, Beyləqan, Cəlilabad, Yevlax, Zərdab, Şamaxı, Daşkəsən kimi bölgələrdə fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlıq səviyyəsinə uyğundur.
Bakıda və Abşeron yarımadası, Mingəçevir, Goranboy, Naftalan, Neftçala, Qobustan rayonlarında isə fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürətinin 20.8-28.4 m/san olacağı proqnozlaşdırılır. Bu isə narıncı xəbərdarlıq səviyyəsinə uyğun gəlir.