Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
“Daylinews-az”nun verdiyi məlumata görə, bu Fərmana əsasən, 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış saziş təsdiq edilib. Saziş səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlığı gücləndirməyi hədəfləyir.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların tamamlandığını Rusiya Federasiyasına rəsmi olaraq bildirməlidir.