Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin diplomatik korpusunda bir sıra təyinatlar və dəyişikliklər təsdiqləyib.
Yeni təyinatlara əsasən:
- Tofiq Fuad oğlu Musayev BMT-də Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edilib.
- Adış Sakit oğlu Məmmədov Qətərdə fövqəladə və səlahiyyətli səfir təyin olunub.
Digər Dəyişikliklər:
- Mahir Məmməd oğlu Əliyev, Azərbaycanın Qətərdəki səfiri vəzifəsindən geri çağırılıb.
- Yaşar Teymur oğlu Əliyev BMT-dəki daimi nümayəndə vəzifəsindən azad edilərək, Çexiyada səfir təyin edilib.
- Məmməd Baxəddin oğlu Əhmədzadə Niderland Krallığında fövqəladə və səlahiyyətli səfir təyin olunub.
- Cəlal Sabir oğlu Mirzəyev isə İndoneziya, Filippin, Timor-Leste, Sinqapur və ASEAN-dakı vəzifələrindən geri çağırılıb.