9 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSiyasətİlqar Məmmədov istefa verdi

İlqar Məmmədov istefa verdi

REAL partiyasının sədri İlqar Məmmədov partiya rəhbərliyindən istefa verib.

Daylinews-az.com-nun verdiyi məlumata görə, İlqar Məmmədov bu barədə özünün feysbuk hesabında açıqlama yayıb. O, paylaşımında Mərkəzi Seçki Komissiyasının (MSK) onun dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətini rədd etdiyini bildirib.

“MSK bugün təqdim elədiyim əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi. Nəticə etibarı ilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək,” – deyə Məmmədov yazıb.

Bu qərar, İlqar Məmmədovun siyasi liderlikdən kənarlaşması ilə partiya daxilində yeni rəhbərlik seçiminin yaxın vaxtlarda baş tutacağını göstərir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər