24 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvCəmiyyətİstirahət günü Bakıda temperatur 30 dərəcəyə çatacaq

İstirahət günü Bakıda temperatur 30 dərəcəyə çatacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olması, gün ərzində isə yağış yağmaması gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən alınan məlumata əsasən, səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətli yağış yağma ehtimalı var. Havanın əsasən mülayim şimal-şərq küləyi ilə müşayiət olunacağı bildirilir.

Havanın temperaturu gecə 19-22° isti, gündüz isə 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70 %, gündüz isə 35-40 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə əsasən dağlıq və dağətəyi bölgələrdə yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Bəzi yerlərdə leysan xarakterli yağış, dolu və yüksək dağlıq ərazilərdə isə sulu qar yağa bilər. Gündüz yağıntılar tədricən kəsiləcək.

Səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Mülayim şərq küləyi bəzi ərazilərdə ara-sıra güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 16-20° isti, gündüz 25-30° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 5-9° isti, gündüz 11-16° isti arasında dəyişəcək.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər