Məşhur amerikalı aktyor və rejissor Conni Depp Rusiyanın paytaxtında mağaza açmaq planlaşdırır. Daylinews-az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, aktyor Moskvada zərgərlik mağazası açacaq.
Mağazanın tam hüquqlu sahibi Deppin sevgilisi, rusiyalı model Yuliya Vlasova olacaq. Məlumata əsasən, aktyor bu biznesə 500 min dollardan az olmayan sərmayə yatırıb. Yuliya Vlasovanın mağazasında xüsusi dizaynlı elit bəzək əşyaları, üzük və boyunbağılar, həmçinin Yakutiya almazlarından hazırlanmış zərgərlik məhsulları satışa çıxarılacaq. Açılışın 2025-ci ildə baş tutacağı gözlənilir.
Qeyd edək ki, oktyabr ayında rusiyalı model Yuliya Vlasova Conni Depp ilə münasibətini təsdiqləyib. 28 yaşlı Vlasova üç il əvvəl Karlovy Varı kinofestivalında Hollivud ulduzu ilə tanış olub və həmin vaxtdan cütlük romantik münasibətdədir. Noyabr ayında bəzi media qurumları modelin Conni Depp ilə evlənməyi planlaşdırdığını yazsa da, aktyor bu xəbəri şərh etməyib.