8 dekabr gecəsi MLS Kubokunun finalında Los Angeles Galaxy və New York Red Bulls komandaları qarşılaşıb.
Matçın əsas hadisələri birinci hissədə cərəyan etdi.
Cəmi 9-cu dəqiqədə Cozef Paintsil hesabı açdı, 13-cü dəqiqədə isə Deyan Jovelic “Galaxy”nin üstünlüyünü iki topa çatdırdı. Bu sürətli başlanğıc New York Red Bulls üçün ciddi sınaq oldu, çünki rəqibin hücumlarına qarşı müdafiə xətləri tab gətirə bilmirdi.
28-ci dəqiqədə Şon Nealis cavab qolu vuraraq fərqi azaltdı. Bunun ardından “Galaxy” taktikanı dəyişərək müdafiədə daha diqqətli oynamağa və əks-hücumlara üstünlük verməyə başladı. Bu strategiya uğurlu oldu və komanda hesabı qoruyaraq 2:1 hesablı qələbə qazandı. Bununla da, “Los Angeles Galaxy” MLS Kubokunu tarixində 6-cı dəfə qazanmış oldu.
MLS Kuboku Finalı, 8 dekabr
Los Angeles Galaxy – New York Red Bulls 2:1 (2:1, 0:0)
Qollar: Paintsil (9), Jovelic (13) – Nealis (28).
Los Angeles Galaxy: MakKarti, Nelson, Yosida, Qarses Torres, Yamane, Bruqman (Roys, 75), Serrilyo, Delqado, Paintsil (Nil, 90+4), Jovelic (Fagundes, 78), Qabriel Pek.
New York Red Bulls: Karlos, Nealis, Eyile, Nealis (Burk, 84), Forsberq, Vanzeyr (Alves de Paula, 65), Tolkin, Edelman (Karmona Torres, 84), Stroud (Donkor, 65), Harper, Morqan.
Xəbərdarlıq: Eyile (35), Delqado (38), Harper (71).