24 C
Baku
Cümə, Sentyabr 27, 2024
EvİdmanMelBet platformasında Çempionlar Liqasının top matçlarına mərclərinizi edin!

MelBet platformasında Çempionlar Liqasının top matçlarına mərclərinizi edin!

Sizə əsas Avropa klub turnirinin 1`ci turunun ən qızğın qarşılaşmalarının MelBet baxışını təqdim edirik.

Yeni format

Çempionlar Liqasında əhəmiyyətli dəyişikliklər baş verib. Qrup mərhələsi ləğv edilib və əsas mərhələdə artıq 32 deyil, 36 komanda mübarizə aparacaq. Hər bir klub 8 oyun keçirəcək və pley-off iştirakçıları ümumi cədvəl üzrə müəyyən ediləcək. Ən yaxşı 8 komanda avtomatik olaraq ⅛ finala vəsiqə qazanacaq. 9`cu yerdən 24`cü yerə qədər olan 16 komanda isə Knockout phase play-offs`da iştirak edəcək. Qrup mərhələlərinin əsas çatışmazlığı – son turlarda maraq doğuran oyunların azlığı aradan qalxır. Yeni formata alışmaq üçün bir qədər vaxt lazım olacaq, lakin nəticədə bu dəyişiklikdən narazı azarkeş tapmaq, MelBet şikayəti ilə qarşılaşmaq qədər çətin olacaq.

Milan – Liverpul, 17 sentyabr

Paulu Fonseka “Rossoneri”nin baş məşqçisi kimi ilk 3 oyunda qələbə qazana bilmədi. Bu oyunların hər birində Milan 2 qol buraxdı və artıq komandanın liderləri Rafael Leau və Teo Ernandesin portuqaliyalı mütəxəssisə hörmətsiz yanaşdığına dair şayiələr yayılmağa başlayıb. İtaliya klubunun “Liverpul”u dayandırması asan olmayacaq, çünki Arne Slotun rəhbərliyi altında mövsümə inamla başlayan “the Reds” həm hücumda, həm də müdafiədə güclü oyun nümayiş etdirir. Həmçinin, niderlandlı məşqçi futbolçuların yorğunluğunu azaltmaq üçün əvəzetmələrdən ustalıqla istifadə edir.

Mançester Siti – Inter, 18 sentyabr

İngiltərə çempionu İtaliya çempionuna qarşı – bundan yaxşı afişa arzulamaq olmaz. “İnter” 2023 Çempionlar Liqasının finalındakı məğlubiyyətin revanşını almağa motivasiyalıdır və komandanın liderləri əla formadadırlar. Ancaq “Man Siti” mövsümə inamla başlayıb və ev oyunlarında rəqiblərə xal verməyə öyrəşməyib. Xosep Qvardiola və Simone İnzaqinin istifadə edə biləcəyi taktiki gedişlərin müxtəlifliyi, MelBet casino`da məhşur şans oyunlarının sayı qədər genişdir!

Atletiko – RB Leypsiq, 19 sentyabr

Xulian Alvares Mançester Siti ilə Çempionlar Liqasını qazandı və indi bu uğuru Atletiko ilə təkrarlamağa çalışacaq. “Los Colchoneros” şübhəsiz ki, 4 il əvvəl RB Leypsiqdən 1/4 finalda aldıqları məğlubiyyəti unutmayıblar və öz meydanlarında qalib gəlməyə çalışacaqlar. Lakin son illərdə Almaniyanın “Öküzlər”i Avropa mübarizələrində böyük təcrübə qazanıb və hazırda UEFA reytinqində Atletikodan daha yüksəkdir. Bundan əlavə, Leypsiq bir neçə həftə əvvəl Bundesliqada bir ildən çox davam edən məşhur Bayer”in məğlubiyyətsiz seriyasını dayandırıb. O oyunda komanda ilk yarıda 0:2 hesabı ilə geridə idi, lakin səfər qələbəsi qazanmağa müvəffəq oldu. Belə xarakterə malik rəqibi zəif qiymətləndirmək Atletiko üçün əsl fəlakətə çevrilə bilər.

Atalanta – Arsenal, 19 sentyabr

Bergamo təmsilçisi Canluka Skamakkanı və Corco Skalvinini uzun müddət itirib, eyni zamanda Arsenalın zədəli oyunçuları arasında komandanın liderlərindən biri Martin Edeqor, eləcə də yeni transferlər Mikel Merino və Rikkardo Kalafiori var. Matçın autsayderi sayılan Atalantanın xeyrinə ola biləcək amillərdən biri rəqibin ağır təqvimidir – 15 sentyabrda Arsenal Tottenhem`lə qarşılaşacaq, 3 gün sonra isə Bergamoya səfərdən sonra Mançester Siti ilə oynayacaq.

Avropanın ən güclü klublarının oyunlarını MelBet ilə izləyin!

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər