“İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messi futbol tarixində ən çox titul qazanmış oyunçu olaraq xüsusi mükafata layiq görülüb.
Daylinews-az.com xəbər verir ki, bu xüsusi mükafat 37 yaşlı ulduza “Marca” nəşrinin direktoru Xuan İqnasio Qalyardo tərəfindən təqdim edilib. Təqdimat mərasimi “İnter Mayami”nin ev oyunlarını keçirdiyi stadionda baş tutub.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında MLS komandası “İnter Mayami”yə qoşulub və o, karyerası ərzində 46 komanda və 56 fərdi mükafat qazanaraq bu sahədə rekord sahibi olub.