Stanislav Çerçesovun rəhbərliyi ilə Qazaxıstan milli komandası Millətlər Liqasında yeni bir antirekorda imza atdı.
Daylinews-az.com-ın məlumatına görə, komanda yarışın 6-cı turunda Norveç yığmasına 0:5 hesabı ilə məğlub olub. Bu məğlubiyyətlə cari turnirdə buraxılan qolların sayı 15-ə çatdı. Bu nəticə Millətlər Liqası tarixində ən yüksək buraxılan qol sayı kimi qeydə alınıb.
Qazaxıstan millisi cari mövsümdə keçirdiyi 6 oyunun heç birində qələbə qazana bilməyib. Komanda yalnız 1 dəfə heç-heçə edib, 5 dəfə isə məğlubiyyətlə üzləşib. Bu uğursuz nəticələr nəticəsində Qazaxıstan yığması B divizionundan C liqasına düşüb.