Müdafiə Nazirliyində mühüm struktur dəyişikliyi baş verib. Nazirliyin Mətbuat xidməti ləğv edilib və onun əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb.
“Daylinews-az”nun məlumatına görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı əmrə əsasən, yeni yaradılan idarənin rəisi vəzifəsinə polkovnik Anar Eyvazov təyin edilib. Bu təyinat Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilməsi və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq daha effektiv tətbiqi məqsədini daşıyır.
Polkovnik Anar Eyvazov bu vəzifəyə təyin olunmadan əvvəl Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsində çalışırdı.