Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında bir sıra mühüm sazişlər ratifikasiya edilib.
Daylinews-az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”, “Tranzit Ticarət Sazişi” və “Hava Əlaqəsi Sazişi” təsdiq edilib. Bu qanun layihələri müzakirə olunduqdan sonra səsverməyə çıxarılıb və bir oxunuşda qəbul edilib.